Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AzərMedia.az “TASS”a istinadla xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin gedişatını müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, V.Putin Qarabağda hərbi fəaliyyətin davam etməsindən narahatlığını bildirib.


Prezidentlər atəşkəsə nail olunmasının yollarını da müzakirə ediblər. Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb. 

Qeyd edək ki, telefon danışığının təşəbbüskarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğu bildirilir./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •