ÜST-dən pandemiya ilə bağlı daha bir XƏBƏRDARLIQ: İkinci dalğa olmayacaq, amma…

“Koronavirus qrip kimi deyil, pandemiyada tək və böyük bir dalğa yaşayırıq”.

AzərMedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

Xüsusilə Şimal yarımkürəsində yayın qaynar günlərinin hiss olunması ilə birlikdə yoluxmanın azalacağını düşünənlərə xəbərdarlıq edən ÜST rəsmisi koronavirusun mövsümi dəyişiklikləri izləyən qrip kimi olmadığını bildirib.

Pandemiyanın ikinci və üçüncü dalğasının olma ehtimalı ilə bağlı mətbuat katibi bu fikirləri qeyd edib: “İnsanlar hələ də mövsümləri düşünür. Hamımız anlamalıyıq ki, bu, yeni bir virusdur və bu, fərqli davranır. Bu, böyük bir dalğa olacaq. Yüksələcək və bir az alçalacaq. Ən yaxşı yol onu üfüqi vəziyyətə gətirmək və ayağımıza yüngül-yüngül toxunan bir şey halına çevirməkdir”. (publika.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •