“Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” – Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “maarifçi İslam” fikrini irəli sürən Fransa lideri Emmanuel Makrona öz psixikasını müalicə etməyi tövsiyə edib.

AzərMedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan bu barədə Kayseri şəhərində çıxış edərkən deyib.

“Dövlət başçısının ölkəsindəki milyonlarla müsəlmanla bu şəkildə davranması, hər şeydən əvvəl, öz ağlı üzərində nəzarəti itirməsi deməkdir. Onun psixikasının müalicəyə ehtiyacı var”, deyə R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, Fransa Prezidenti son çıxışlarından birində bildirib ki, “İslam separatizmi” ilə mübarizə aparmaq üçün sərt qanunlar qəbul edilməlidir.

Makron Fransa Müsəlmanları Şurası ilə birlikdə yeni təşkilat təsis edərək “maarifçi İslam” qurmağın lazım olduğunu bəyan edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu və bu ölkənin İslam dininə qarşı apardığı siyasəti sərt tənqid etməsindən sonra rəsmi Paris Ankaradakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

“France Presse” agentliyi məlumatına görə, həmçinin Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Fransanın Xarici İşlər nazirliyinə çağırılıb.

Türkiyə səfirinə bildirilib ki, bunun səbəbi R.T. Ərdoğanın Fransa əleyhinə “aşağlayıcı” çıxışlar etməsidir./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •