20-yə yaxın əsgər koronavirusa yoluxub – Erməni nazirdən açıqlama

Ermənistan ordusunda yoluxmuş və təcrid olunmuş koronavirus xəstələri var.

AzərMedia.az xəbər verir ki, bu barədə məlumatı müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi müsahibəsində bildirib.

“Evdə koronavirusdan təcrid edilən həbrçilər var. Onlar izolyasiya ediliblər. Bu da virusun yayılmasının qarşısını alır. Düşünürəm ki, hava ilə bağlı daha da az olacaq. Təhlükəli heç nə yoxdur. Sətəlcəmin ağırlaşması hallarının sayı o qədər azdır ki, bu barədə danışmaq utanc verici haldır” deyib.

Ümumilikdə Silahlı Qüvvələrdə nə qədər koronavirus hadisəsi qeydə alındığını soruşduqda, nazir belə cavab verib: “Əsasən, bunlar Yerevan yaxınlığındakı hərbi hissələrdə qulluq edənlərdir. Təxminən iyirmi nəfərdir, onlardan yalnız üçünün vəziyyəti ağırdır”.   /konkret.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts