Ərdoğan Makronu YERİNDƏ OTURTDU – Fransa geri ADDIM ATDI

Türkiyə məhsullarına boykot gündəmimizdə yoxdur.

AzərMedia.az xəbər verir ki, bunu Fransanın Xarici Ticarət naziri Frenk Rayster deyib.

RTL radiosuna açıqlama verən nazir bildirib ki, türklərin etdiyi kimi reaksiya göstərməyəcəklər.

O, Fransa Prezidenti Emmanuel Makronun İslam haqqındakı açıqlamalarının müsəlmanlara və İslam dininə qarşı hücum olmadığını dilə gətirib. Nazir ölkəsinin terror və radikal islamçılıqla mübarizəsinə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqına müraciətdə Fransa məhsullarına boykot çağırışı etmişdi./publika.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •