Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı – DETALLAR

Bu gün Türkiyə ordusunun Suriya hökumət qüvvələrinin mövqelərinə hücumunun qarşısını Rusiya tərəfi alıb. AzərMedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saat 17:00 radələrində İdlib vilayətinin şimal-şərqində Türkiyə ordusu və müttəfiq müxalif qüvvələr bir neçə həftə əvvəl Əsəd qüvvələrinin ələ keçirdiyi Sarakib şəhərini azad etməyə çalışıb. Əməliyyatın başlanmasından 2 saat sonra Rusiya aviasiyası işə qarışıb. Suriya ordusunun Kminas və Nayrab rayonlarında mövqeləri yarıldıqdan sonra Rusiyaya məxsus Su-24 təyyarələri hücum edən tərəfin zirehli texnikasını məhv edib. Bundan sonra Suriya ordusu döyüş mövqelərini bərpa edib. Əməliyyatda Rusiya Hərbi Kosmik Qüvvələrinin iştirak etdiyini rəsmi Moskva…

Read More

“2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub” – İtaliya Prezidenti

“İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır”. AzərMedia.az  xəbər verir ki, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib. “Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər…

Read More

Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu — FOTO

Tanınmış bloger Mehman Hüseynov yenidən deputatlığa namizədliyini irəli sürüb. AzərMedia.az xəbər verir ki, M.Hüseynov namizədliyini bu dəfə nəticəsi ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən verib. Bu barədə “Xural” qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynallı özünün feysbuk səhifəsindən bildirib.Xatırladaq ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu qalib elan olunsa da, sonradan İqbal Ağazadənin şikayəti əsasında bu dairə üzrə nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunmuşdu. /konkret.az/

Read More

Gömrükdə əməliyyat: Ermənistan məhsulları məhv edildi

Bu gün Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. AzərMedia.az xəbər verir ki, proses zamanı ümumilikdə 263 min 29 ədəd fişəng və prirotexniki vasitə, 47 min 322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yarasız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kq ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kq müxtəlif növ məişət malları məhv edilib. Onlar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40…

Read More

İranla sərhəd bağlandı – Koronavirus təhlükəsi

İraqın Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb. AzərMedia.az xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib. Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər. Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.

Read More

Əli Əsədovdan narkoloji xəstə məhkumlarla bağlı QƏRAR

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib. Pravda.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.    /Report/

Read More

Ruslar Türkiyə ordusunu bombaladı

Suriyanın İdlib şəhərində əməliyyatlara başlayan Türkiyə ordusu itki verib. Ruslar Türkiyə silahlı qüvvələrini bombalayıb. AzərMedia.az xəbər verir ki, qardaş ölkə ordusunun 2 əsgəri həyatını itirib, 5 nəfər yaralanıb. Rusiya silahlı qüvvələrinin Suriyadakı komandanlığı addımına haqq qazandırıb. Ruslar Türkiyə ordusunu terrorçularla birlikdə hərəkət etməkdə qınayıb. Türkiyə borclu qalmaq fikrində deyil. Rəsmi Ankara kömək üçün ABŞ-a müraciət edib. Türkiyə Vaşinqtondan ruslarla mübarizə üçün raket əleyhinə müdafiə sistemi olan 2 “Patriot” istəyib. Son məlumata görə, müsbət cavab alınmayıb. Buna baxmayaraq, yaxın saatlarda F-16-ların havaya qalxması gözlənilir.    /Bizimyol.info/

Read More

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. X.Mikaylovun sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. X.Mikayılov vurğulayıb ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub…

Read More

Türk ordusu hücuma keçdi: General öldürüldü – VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb. AzərMedia.az Report-a istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub. Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib. Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar. Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb. “CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin…

Read More