DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı – ANBAAN VİDEO

Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti əməliyyatın görüntülərini yayıb:/turkustan.info/

Read More

Putin Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, toplantıda ölkənin sosial-iqtisadi inkişafına dair mövzular müzakirə olunub. “Bundan başqa bu axşam planlaşdırılan Rusiya və Türkiyə prezidentləri arasındakı telefon danışığı kontekstində Suriyanın İdlib əyaləti ətrafındakı vəziyyət barədə müzakirələr aparılıb. Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı telefon danışığı barədə də məlumatlandırıb”, – deyə D. Peskov qeyd edib.    /apa/

Read More

Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər -video

Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. Bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub. Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur.Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulub. Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir. Qeyd edək ki, ikinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Vaqonlar xüsusi idarəetmə sistemi ile təchiz…

Read More

Gediş haqqını telefonun balansından ödəmək mümkün olacaq

Hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək. AzərMedia.az xəbər verir ki, bu barədə şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: “Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq”.   /APA/

Read More

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək. Bu barədə hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı məlumat verib.Onun sözlərinə görə, silsilə tədbirlərə Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyində keçiriləcək anım mərasimi ilə start veriləcək: “Fevralın 24-də liseydə keçiriləcək anım mərasimində bu təhsil ocağının tarix müəllimi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində uzun illərdir fəaliyyət göstərən Sədat Sərdaroğlunın, Dənizlinin dəyərli ziyalılarından Hasan Kallimçinin, İslam Günəşin, həmçinin mənim çıxışım nəzərdə tutulub”.Şəmsiyə İsmayıllı deyib ki, tədbirlərə məhz…

Read More

Birinci sinfə qəbul qaydaları açıqlandı

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin…

Read More

Ərdoğan bir günlük Bakıya gəlir – Bu səbəbdən…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlanıb. AzərMedia.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezindent Adminstrasiyasından xəbər veriblər. Məlumata görə, Ərdoğan fevralın 25-də Azərbaycana birgünlük səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Read More

Çindəki bazardan dünyaya yayılan virusla bağlı dəhşətli detallar ÜZƏ ÇIXDI – ŞOK FOTOLAR

Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib. Publika.az xəbər verir ki,yeni tip koronavirusKəskin Tənəffüs Yolu Sindromu(SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün “vasitəçi” heyvan lazımdır. “Tibbi Virusologiya” jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia…

Read More

Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı

Rusiya hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək vəzifəli ermənilər öz postlarından azad ediliblər. AzərMedia.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet ermənilərə qarşı belə “təmizliyin” yaxın zamanlarda daha genişlənəcəyini bildirib: “Bu cür qovulmalar Ermənistanda cinayət işi açılması ucbatından Rusiyada olan keçmiş hakimiyyət nümayəndələri arasında ciddi narahatlıq yaradıb. Məsələ odur ki, onlar özlərinin Ermənistana təhvil verilməsi məsələsinin yenidən gündəmə gələcəyindən narahatdırlar. Bu halda bir sıra Rusiya məmurlarının mövqeyinin zəifləməsi ilə yanaşı, onlarla qarşılıqlı əlaqəsi olanların da mövqeyi zəfiləyə bilər”.  /Axar.az/

Read More