İranda koronavirus sürətlə yayılır: Məktəblər bağlandı

İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb. AzərMedia.az xəbər verir ki, İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb. Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub. Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.   /Modern.az/

Read More

Nikolun Xocalı statusuna Rusiyadan SƏRT REAKSİYA

Xocalı qətliamının erməni cəlladları tərəfindən deyil, guya ruslar tərəfindən törədildiyini deyən Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə özünü gülünc vəziyyətə saldı. Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış tarixçilərindən biri, hərbi-siyasi analitik Oleq Kuznetsov deyib. “Xocalı hadisələri ilə bağlı 2016-cı ildə rus və ingilis dillərində işıq üzü görmüş “Transmilli erməni terrorizmi tarixi – XX əsrdə” kitabımda detallı olaraq bu soyqırımı təşkil edən qüvvələrdən və onların başında duranlardan yazmışam. Paşinyan qismən haqlı olaraq Xocalıdakı cinayətlərə görə məsuliyyətin Qarabağ ermənilərinə aid olmadığını söyləyir. Soyqırımın əsas günahkarları üç etnik erməni olan ABŞ vətəndaşının –…

Read More

“İdlibdə ya Türkiyənin dediyi olacaq, ya da…”

Toğrul İsmayıl: “Rusiya təbliğatı Azərbaycanda çox təsirli olduğu üçün elə təəssürat yaranır ki, sanki Suriyada məsələ bitib, Əsəd hər şeyə hakimdir” Suriyanın İdlib vilayətində Türkiyə və Suriya qoşunları arasında gərginlik durmadan artır. Son məlumatlara əsasən, İdlibdə aviazərbələr nəticəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. Əsəd rejiminin isə 50-dən çox əsgəri öldürülüb, 5 tank, 2 zirehli avtomobil, 2 silahlı pikap və 1 topu məhv edilib. Qarşıdurmalar nəticəsində dağıntıların miqyası da kifayət qədər artıb. Üstəlik, son 15 gündə hava və quru hücumları nəticəsində, ən azı 100 vətəndaş həyatını itirib. AzərMedia.az bildirir ki. AYNA-nın…

Read More

İrandan gələn bütün vətəndaşlar yoxlanılacaq – Səhiyyə naziri açıqladı

İranla Türkiyə arasındakı sərhəd keçid məntəqələrində koronavirusa (COVID-19) qarşı tədbirlər gücləndirilib.AzərMedia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri məlumat verib.Nazir fevralın 20-dən etibarən İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığını bildirib. Sərhəd keçid məntəqələrinə tibbi heyət yerləşdirilib.İranın Səhiyyə naziri Səid Nəmaki ilə telefon danışığı apardığını bildirən F.Hoca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduqlarını bildirib. O, qonşu dövlətə lazımi hər cür dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.  /BakuPost.az/

Read More

Pentaqondan şok: Türkiyə “Patriot” istəyib, amma…

Türkiyənin Suriya sərhədi yaxınlığında “Patriot” sistemlərinin yerləşdirilməsi ilə bağlı tələbindən xəbərdarıq. Lakin bununla bağlı hələ ki, qərar verilməyib. AzərMedia.az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi deyib. O, İdlibdəki vəziyyətlə bağlı Türkiyə hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib. Qeyd edək ki, bundan öncə Türkiyə hökuməti ABŞ-dan “Patriot” istəmələri ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi.  /Axar.az/

Read More

Ərdoğanla Putin arasında qızğın müzakirə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Azərmedia.az Tükiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakrirə ediblər. T.Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, İdlibdə vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir. Türkiyə və Rusiya rəhbərləri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.  /Modern.az/

Read More