Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi

Bakıda polis əməkdaşı qətlə yetirib. AzərMedia.az- ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb./turkustan.info/

Read More

Dünya hazır olmalıdır – Koronavirus pandemiyaya çevrilə bilər

Dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır. AzərMedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “Twitter”dəki səhifəsində yazı paylaşıb: “Hazırda “pandemik” sözünü işlətmək faktlara uyğun gəlməsə də, mövcud vəziyyət, əlbəttə ki, qorxu yaratmalıdır. Dünyamız ikiqütblü, yaxud ağ-qara deyil. Biz səylərimizi əngəlləməyə yönəltməli və pandemiya ehtimalına hazır olmaq üçün əlimizdən gələni etməliyik”. Koronavirusa qarşı universal çarənin olmadığını qeyd edən təşkilat rəhbəri hər ölkənin konkret vəziyyətə görə təhlükəni qiymətləndirməsinin vacibliyini diqqətə çatdırıb.   /Medicina.az/

Read More

“Araq için, deyib xalqı “alkaş” etməyin” – Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını açıqladı

Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov koronavirusundan qorunmağın yolunu açıqlayıb. AzərMedia.az xəbər verir ki, Rəşid Mahmudov unikal.org-a açıqlamasında bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır: “Deyirlər guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm belə deyib xalqı alkaş etməsinlər. Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək”.

Read More