Gərginlik pik həddə: Ruslar İdlibi vurdu – Ölənlər var

Rusiya ordusuna məxsus qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombardman edib. Rus ordusunun yaşayış massivlərinə gözlənilməz hücumu 4 nəfərin həyatına son qoyub. Rus qırıcıları İdlibin Ərənbə kəndini hədəf alıb. Digər yandan, Rusiyanın bölgədəki müttəfiqi Əsəd ordusu Kəfər, Üveyd, Ərnənbə, Kənsəfra, Şərmin, Kümənyas və Nəyrab bölgələrinə qarşı quru və hava əməliyyatlarına başlayıb. (teleqraf.com)

Read More

Türk ordusu qarşısından geri çəkilən Əsədə Rusiyadan böyük dəstək

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücumdan sonra itki verərək geri çəkilən Bəşər Əsəd ordusunun yardımına yenə Rusiya çatıb. Rusiya Bəşər Əsəd ordusuna “2A65 Msta-B” haubitsa sistemləri verib. “2A65 Msta-B” sisteminin mənzili 28.9 km-dir. Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüşün martın 5-də baş tutacağı gözlənilir. (teleqraf.com)

Read More

Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu – Azərbaycanda DƏHŞƏT

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş. (baku.ws)

Read More

Koronavirusu İrana qarşı silaha çevirməyin – Ruhani

ABŞ qripdən ölən minlərlə vətəndaşı barədə düşünsün. AzərMedia.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. “Koronavirus bizim düşmənlərimizin əlində ölkədə sənayenin dayanması üçün silah olmamalıdır. Amerikalılar öz ölkəsində qripdən ölən minlərlə vətəndaş barədə düşünsünlər”, – deyə o bildirib. O qeyd edib ki, koronavirusa görə hansısa şəhərdə və ya bölgədə karantin elan olunmayacaq.: “Ümumiyyətlə, bir yerin bağlanması valiliyin, nazirlərin işi deyil, bu, Korona ilə Mübarizə Mərkəzinin səlahiyyətindədir. Həmin qurum da hələlik belə bir qərar verməyib”. Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın koronavirusla bağlı vacib informasiyanı…

Read More

Koronavirusa görə dünyada da maskalar bahalaşıb – QİYMƏTLƏR

Koronavirus təhlükəsi dünya miqyasında getdikcə artmaqdadır. Virusdan qorunmaq üçün isə mütəxəssislər müxtəlif vasitələri məsləhət görsə də ilkin olaraq qoruyucu maskaların vacibliyini vurğulayırlar. Azərbaycanda virusa yoluxma halı qeyd olunmasa da demək olar ki, indidən apteklərin əksəriyyətində qoruyucu maska tapmaq problemə çevrilib. Qeyd edək ki, apteklərdə satılan qoruyucu maskaları infeksionistlər 2 saatdan bir dəyişməyin zəruri olduğunu bildirir və adi maskalar əvəzinə daha kneyfiyyətli maskalardan istifadəni tövsiyyə edirlər. 2 saatdan bir maskanın dəyişilməsi isə ölkədə virusun yayılacağı təqdirdə daha çox maskaya ehtiyac yaranacağı anlamına gəlir. Amma hələ indidən biz kifayət qədər keyfiyyətli olmayan…

Read More

Saakaşvili: Bu il hakimiyyətə gəlirik

Müxalifət parlament seçkisində qalib gələcək. AzərMedia.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. “İvanişvili təslim olmaq istəmir və səsverməni saxtalaşdırmağa hazırlaşır. Məncə, bunu yalnız statistika ilə adlayıb keçmək mümkün deyil. Mənim partiyam aktiv seçki kampaniyası aparır və bu il uğur qaçılmazdır”, – deyə o bildirib. Qeyd edək ki, Gürcüstanda parlament seçkisi cari ilin oktyabrında keçiriləcək.  /Axar.az/

Read More

Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü – FOTO+VİDEO

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub. A. Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Eyni zamanda, eks dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb. Qeyd edək ki, A. Müəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib. (modern.az)Həmin görüntüləri təqdim edirik:

Read More

Azərbaycanda hər müəllimdən ayda 10 manat yığılır? – Təhsil Nazirliyindən AÇIQLAMA

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməsi ilə bağlı videogörüntü paylaşılıb.  Görüntülərdə rayon ərazisində yerləşən hər məktəbdən hər ay 50, 100, 150 manat pul alınması ilə bağlı məlumat da paylaşılıb. Sosial şəbəkələrdə isə rayonların çoxunda vəziyyətin belə olduğu qeyd edilib. Redaksiyamıza ünvanlanan məlumatda Bərdə Rayon Təhsil Şöbəsi tərəfindən rayonda yerləşən məktəblərdə dərs deyən müəllimlərdən hər ay 20 manat, kəndlərdən isə 10 manat pul yığılması…

Read More

Türkiyə səfiri: “Xocalı faciəsinin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq”

“Hər zaman olduğu kimi açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib. Səfir bildirib ki, şəhidləri anmaq üçün Azərbaycandakı türk toplumlarının nümayəndələri də abidəni ziyarət edib: “Xocalı faciəsi dünyanın 20-ci əsrdə görülən ən böyük kədəridir. Tarixə qara gecə adı ilə düşən gündən keçən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əksiklikdir. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündə yanındayıq.…

Read More