Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq?

Bu gün orta məktəblərdə, o cümlədən ali təhsil ocaqlarında hər hansı bir məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur. AzərMedia.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlı bildirib ki, indiki durumda hər hansı təşvişə gərək yoxdur: “Bəzi universitetlərimizdə xaricdən oxuyan tələbələr var idi. Onlar özləri bizə müayinə olunmaq üçün müraciət etdilər. Onlardan götürülən analizlərin cavabı neqativ çıxıb. Yəni hər hansı təşvişə ehtiyac yoxdur. Amma universitetlərimiz bir məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəzi tələbələr var ki, onlar riskli bölgələrdə yaşayırlar. Onlar da, onların tələbə yoldaşları da diqqətli…

Read More

Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

Koronavirus təhlükəsinə qarşı tədbirlər görülür  Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. AzərMedia.az bildirir ki, bu barədə AYNA-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30,…

Read More

Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq

“İdlibdə vəziyyət Türkiyənin lehinə dəyişməyə başlayıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bölgədəki son vəziyyətə diqqət çəkib: “Üç şəhidimiz var, amma rejimin itkisi daha böyükdür. İdlibdə baş verən gəlişmə lehimizə dəyişir, mübarizə hələ davam edir. Ruslarla görüşlər də davam edir, edəcək. Biz, Adana müqaviləsinin şərtlərinə uyğun olaraq oradayıq”. (teleqraf.com)

Read More

Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı

“Türk Hava Yolları” Naxçıvana uçuşları dayandırıb. AzərMedia.az-ın məlumatına görə, bu barədə şirkətin idarə heyətinin sədri İlker Aycı məlumat verib.“Naxçıvan reysləri dayandırıldı. Seul reysləri isə azaldıldı”, – deyə o, bildirib. İlker Aycı ləğv edilmiş reyslərdə biletlərin qaytarılması qaydasını asanlaşdırdıqlarını da vurğulayıb.  /oxu.az/

Read More

Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA

“Türkiyə Suriyada olduğu kimi Cənubi Qafqaza da diqqəti artıracaq. Bu siyasətini xüsusilə Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək həyata keçirəcək”. Bu iddia ilə erməni ekspert Ayk Qabrielyan çıxış edib. Qabrielyan hesab edir ki, Türkiyə bu məsələlərdə Rusiya ilə danışıqlar aparmağın lazım olduğunu bilir: “Buna görə də Rusiyanı öz planlarına daxil etmək istiqamətində sistematik olaraq işləyir. Mən Ərdoğan və Çavuşoğlunun bəyanatlarını nəzərdə tuturam. Onlarda qeyd edilir ki, Moskvanın istəyindən asılı olaraq, Qarabağ münaqişəsi həll edilə bilər. Cənubi Qafqazda Rusiya və Türkiyənin əməkdaşlıq ssenariləri müxtəlifdir: münaqişə ocağını alovlayıb, ərazilərin Azərbaycana qaytarılmasını təmin edə…

Read More

Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti…

Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb. Bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiriErkan Özoral açıqlayıb. “İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qədər artırdıq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və qarşılıqlı gediş-gəlişi asanlaşdıracaq”, – səfir bildirib. 25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlər barəsində danışan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və…

Read More

Putin və Ərdoğan üz-üzə: “Yeni toqquşma qaçılmazdır” – Durum kritik həddə

“Bölgədə baş verən son gəlişmələr Rusiya və Türkiyəni üz-üzə qoya bilər” Bunu türk politoloq Taha Dağlı deyib. Taha Dağlı Türkiyə və Rusiyanı üz-üzə qoyacaq faktorları belə sıralayır: NATO faktoru: Alyansın “Türkiyənin yanındayıq açıqlamaları və NATO-nun aprel ayında Şərqi Avropada başlayacağı irimiqyaslı hərbi təlimlər. ABŞ faktoru: Amerikanın döyüş gəmilərinin Qara dənizdəki hərəkətliliyi və Vaşinqtonun İdlibə olan marağı. Çünki ABŞ Hələbdən Aralıq dənizinə qədər uzanan bölgənin tamamilə Rusiya və İranın nəzarətində olmasına razı deyil. Qara dəniz ölkələri: Rumıniya, Bolqarıstan, Ukrayna və Gürcüstan – bu ölkələrin Türkiyə ilə yaxın münasibətləri Rusiyanın maraqlarına uyğun…

Read More

Qonşu dövlətlər İranla sərhədi tam bağlayıb, Azərbaycandan başqa – SƏBƏB

Ölümcül koronovirus dünyada yayılmağa davam edir. Cənub qonşumuz İran koronovirus səbəbindən ölənlərin sayına görə Çindən sonra ikinci yerdədir. Son rəsmi məlumatlara görə, yeni növ koronavirusa 141 yoluxma halı qeydə alınıb, 22 nəfər isə ölüb. İranda koronovirus aşkarlandıqdan sonra Yaxın Şərqdə 11 ölkə təhlükəni nəzərə alaraq, ölkə ilə hava və quru sərhədlərini bağlayıb. Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Gürcüstan da daxil olmaqla digər bölgə ölkələri səyahət və immiqrasiya məhdudiyyətləri tətbiq edib. İranla quru sərhədi olan 7 ölkədən 6-sı, İraq, Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan və Ermənistan da artıq…

Read More

İran parlamentinin komitə sədri koronavirusa YOLUXDU

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zonnur yeni koronavirusa yoluxub. Bu barədə komitə sədri öz videomüraciətində deyib. Fars informasiya agentliyinin xəbərinə görə, M.Zonnur onun verdiyi analizlərin nəticəsinin pozitiv elan olunduğunu bildirib. Zonnur hazırda karantində olduğunu, heç bir narahatlığın olmadığını deyib. Qeyd edək ki, İranın səhiyyə nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi də yeni koronavirusa yoluxub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirus nəticəsində 19 nəfərin həlak olduğunu və 139 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib. (modern.az)

Read More

Azərbaycanda polisə müqavimət göstərən şəxs GÜLLƏLƏNDİ

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub. Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb…

Read More