Koronavirusa qarşı yapon həkimdən METOD – Virus sizə yaxın gəlməyəcək

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mənşəli olduğunu nəzərə alsaq, bu üsulun işə yarayacağını demək olar.Deyilənə görə, bunu müntəzəm edən illərlə qrip olmur.Azərmedia.az Medicina.az-a istinadən bu sadə resepti təqdim edir.Bir stəkan ilıq suya 1 qaşıq xörək duzu və 3 damcı yod əlavə edilib qarışdırılır.Bu qarışımla burun dəlikləri yuyulur. Belə ki, yuyulmanı şprislə edə bilərsiz.Daha sonra boğaz qarqara olunur.Bir stəkan yodlu suyun hamısı istifadə olunmalıdır.Hər dəfə yenisi düzəlir.Gündə 1 dəfə edə bilərsizBurunu yumaq üçün suyu nəlbəkiyə töküb,…

Read More

ABŞ Türkiyəyə “Patriot”lar göndərir? – Çavuşoğlu

Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı müzakirə edilən məsələləri bu gün ABŞ Dövlət katibi Mayk Pompeo ilə də dəyərləndirdik. AzərMedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qarşıdakı günlərdə yenidən əlaqə saxlayacaqlar: “Mayk Pompeo ABŞ-a geri döndükdən sonra yenə bir dəyərləndirmə edəcəyik. Eyni zamanda Tramp bir neçə gün ərzində prezidentimizlə əlaqə saxlayacağını bildirmişdi. Onsuz da daim əlaqə saxlayırlar”. M.Çavuşoğlu ABŞ-ın “Patriot”ları göndərə biləcəyini də qeyd edib: “Patriot”lara ehtiyac ortadadır. ABŞ geri göndərə bilər”. Qeyd edək ki, ötən…

Read More

ABŞ Talibanla barışıq imzaladı – 19 illik müharibəyə son!

Dünya Suriyanın şimal-qərbində – İdlibdəki hadisələri seyr edərkən, bu gün Yaxın Şərqin başqa bir ölkəsində tarixi bir müqaviləyə imza atıldı. 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğalı ilə hakimiyyətdən uzaqlaşdırılmış Talibanla sülh müqaviləsi bu gün Qətərdə rəsmi olaraq imzalandı. AzərMedia.az xəbər verir ki, 19 illik müharibəyə son qoyacaq razılaşma ilə, 8,5 min ABŞ-dan olan 14 min əsgər ölkəni tərk edəcək, müddəti 14 aydır. Beynəlxalq xəbər agentlikləri, hadisələri ‘təcili’ kodu ilə elan edir.

Read More

Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Dəyişikliklə ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir. Qeyd olunub ki, eyni zamanda tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.   /Cebhe.info/

Read More

“Suriyanın atdığı hər bir mərmi Rusiyanındır” – Azərbaycanlı polkovnik

“Türkiyənin Suriyada “təhlükəsizlik zolağı” yaratmasına qarşı çıxan qüvvələr də var və baş verənlər məhz bunun göstəricisidir. AzərMedia.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsində Türkiyə hərbçilərinin qəfil hücuma məruz qalaraq, itki verməsindən sonra hadisələrin mümkün inkişafını dəyərləndirən istefada olan polkovnik Şair Ramaldanov deyib. Şair Ramaldanovun fikrincə, Suriyada gərginliyin yenidən artmasının arxasında Türkiyəni bu “teatr”dan sıxışdırmaq istəyən qüvvələrin əli var: “Hər kəsə məlumdur ki, Suriyanın ərazisində böyük dövlətlərin maraqları toqquşur. Hal-hazırda orada “birinci skripka” rolunu Rusiya oynayır. Rusiya orada özünü Suriya hökuməti tərəfindən dəvət edilmiş bir dövlət kimi aparır, oradakı…

Read More

Dünən Putinə dedim ki… – Ərdoğan DETALLARI AÇDI

Dünən hörmətli Putinə də dedim ki, sizin orda nə işiniz var? Baza quracaqsınızsa, yenə də qurun, amma bu anda bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın bizi. Bu sözləri Türkiyə lideri Ərdoğan ötən gün Rusiya lideri Putinlə telefon danışması ilə bağlı AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. (axar.az)

Read More

Koronavirusdan SAĞALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı – VİDEO

Koronavirusun əsas təhükəsi pnevmaniyanı sürətli inkişaf etdirməsidir. AzərMedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, qızdırma ilə başlayan xəstəlik quru öskürəklə müşayiət olunur, getdikcə insanda təngənəfəslik yaradır. Koronavirus adi qripə bənzəsə də, adi qrip virusunun ilk əlamətləri özünü 2-3 gün sonra büruzə verir, koronavirusda isə xəstəliyin əlamətləri 2 həftə sonra özünü göstərir. İstənilən yaş kateqoriyasına aid olan və immuniteti zəif olan hər bir şəxs risk qurpuna daxildir. Virusa yoluxan insanın asqırması və öskürməsi zamanı ətrafa damcılar yayılır. Eyni zamanda, istənilən çirkli səthə toxunduqda xəstəliyə yoluxmaq…

Read More

Azərbaycanda apteklərdə niyə maska yoxdur? – AÇIQLAMA – VİDEO

Son günlər apteklərdə maska qıtlığı və süni qiymət artımı məsələsi ölkə gündəmini zəbt edib. Bu problemdən əziyyət çəkənlər isə kifayət qədərdir. Artıq elə hal alıb ki, apteklərdə yaranan maska problemi sosial şəbəkələrdə də gülüş obyektinə çevrilib. Çindən gələn virusun – Koronavirusun sürətlə yayıldığı bu ərəfədə insanları tək bir məsələ maraqlandırır: “Görəsən maska tapılacaqmı?”.Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Yeniavaz.com-a danışıb. Həmin videosujeti təqdim edirik:

Read More

İran parlamentinin yeni deputatı virusdan öldü

İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək vəfat edib. AzərMedia.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib. Yeni seçilən iranlı deputatın ölüm səbəbi qrip göstərilib. Ramazani Dəstək İran-İraq arasında 1980-1988-ci illərdə uzun sürən müharibədə iştirak edib. Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub. İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub. (modern.az)

Read More