Azərbaycanda “bazarı bağlanan” nağdsız ödənişlər: “Kölgə iqtisadiyyatının qarşısını almaq üçün…” – VİDEO

“Hökumət alış-verişin kart sistemi ilə həyata keçirilməsini təmin edən ciddi addımlar atmalıdır”. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə bank kartlarının sayının artırılması hədəf götürülsə də, son illər əhalinin xüsusilə, kredit kartlarına marağının azaldığı müşahidə olunur. İqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bu tendensiyanın səbəblərinə toxunub. Mövzuya həsr olunan videomaterialı təqdim edirik:

Read More

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı – RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. AzərMedia.az bildirir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahdan Modern.az-a daxil olan məlumata görə, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir)…

Read More

Xameneyinin müşaviri koronavirusdan öldü

İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusa (COVİD -19) yoluxaraq vəfat edib. AzərMedia.az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, 71 yaşlı S.M.Mirməhəmmədi Tehrandakı xəstəxanalardan birində həyata gözlərinin yumub. Bununla da İranda ilk dəfə yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib. İranda ümumilikdə 978 yoluxma faktı aşkarlanıb, onlardan 54-ü ölümlə nəticələnib. Ölkədə koronavirusa yoluxanlar arasında 5 dövlət məmuru (İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd…

Read More

Koronavirus haqqında bunları səhv bilirik

Adi qripdən ölənlərin sayı 60 dəfə daha çoxdur Dünya miqyasında son iki ayda 3 mindən artıq insanaın ölümünə yol açan, bütün dünyanı qorxuya salan koronavirus haqqında nə bilirik? Qulaqdan dolma informasiyalar çoxlarınını səhv addım atmağa sövq edir. Bəs koronavirusla bağlı ən çox doğru bilinən yanlışlar hansılardır? 1.  Koronavirus yeni çıxan ən təhlküəli virusdur – Səhv  Bu yeni virus deyil. Koronavirus 2003-cü ildə SARS və 2012-ci ildə İordaniya, Sonra Səudiyyə Ərəbistanında görülən MERS  xəstəliyini yaradan virusdur. Koronavirus da təhlükəlidir, amma ona ən qorxulu gözü ilə baxmaq olmaz. 2. Virusa yoluxanlar ölürlər – Səhv  Bu hədd…

Read More

Paşinyan Gürcüstana niyə gedir? – Erməni icması və…

Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana rəsmi səfər edəcək. AzərMedia.az  xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Gürcüstanın Baş naziri Giorgi Qaxariya, Prezident Salome Zurabişvili, Parlamentin spikeri Arçil Talakvadze və Bütün Gürcüstanın patriarxı II İliya ilə görüşəcək. Baş nazirin Tiflisdəki erməni icmasının nümayəndələri ilə görüş də planlaşdırılıb.  /Teleqraf.com/

Read More

Əsədə daha BİR ŞOK: Generalları və hərbi konvoyu havaya uçdu – VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib şəhərinə “Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində endirdiyi aviazərbələr nəticəsində çox sayda Bəşər Əsəd rejimi əsgəri zərərsizləşdirilib. AzərMedia.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Missiyası məlumat yayıb. Bildirilib ki, TSQ-nin Cəbəl əl-Zaviyadakı hərbi konvoy və Marət əl-Numan yaxınlığındakı hərbi bazaya təşkil edilən hücumu nəticəsində 19 rejim əsgəri ölüb. Rejimin xəbər agentliyi olan “SANA”nın məlumatına görə, İdlibin cənubundakı Şeyx Mustafa bölgəsinə Silahlı Pilotsuz Uçuş Aparatları ilə təşkil olunan hücum nəticəsində rejim tankları və zirehli avtomobillərdən ibarət konvoy yox edilib. Bu əməliyyatda rejimin Adnan əl-Masqara…

Read More

Putindən Türkiyə-Rusiya “müharibəsi” ilə bağlı İLK AÇIQLAMA

“Kimsə ilə müharibəyə girmək niyyətimiz yoxdur”. AzərMedia.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. TASS agentliyinə açıqlama verən prezident Türkiyə Silahlı Qüvvələrinin Suriyada 34 şəhid verməsi və Suriyada artan gərginlik haqqında danışıb. O bildirib ki, digər ölkələri rəsmi Moskva ilə ixtilafa girməkdən yayındırmaq istəyir. Qeyd edək ki, Suriyanın İdlib şəhərində 34 türk əsgərinin Əsəd rejiminin hava hücumları nəticəsində şəhid olmasından sonra bölgədə gərginlik pik həddə çatıb. TSQ bu hücumlara cavab olaraq “Bahar qalxanı” hərbi əməliyyatına start verib. Bəşər Əsəd rejiminə bölgədə İran və Ruiya dəstək verir. Rejimin quru…

Read More

Koronavirusa qarşı vaksinin istifadəsi bu tarixdə mümkün olacaq – Professor AÇIQLADI

Virusa qarşı peyvənd 90 gün ərzində istifadəyə hazır ola bilər. Bunu türkiyəli professor Osman Müftüoğlu deyib. Professor “Koronavirus peyvəndi yaxında əlimizdə ola bilər” başlıqlı yazısında “İsrailli alimlər koronavirus peyvəndini hazırlamağın bir addımlığındadır. Hər şey yolunda gedərsə, bir neçə həftə içində peyvənd istifadəyə hazır hala gələ biləcək”, deyə bildirib. Qeyd edək ki, İsrailin “MIGAL” Araşdırma Mərkəzi daha əvvəl toyuqlardakı infeksion viral bronxitə qarşı istifadə edilən peyvəndin mövcud koronavirusa qarşı da istifadə edilə biləcəyini açıqlamışdı. (publika.az)

Read More

Azərbaycanda nazir müavini metrodan istifadə edir – FOTO

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev ictimai nəqliyyatdan istifadə edir. Azərmedia.az-ın oxu.az-a istinadən məlumatına görə, o, həftənin iki günü metrodan istifadəyə üstünlük verir.Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb.Qeyd edək ki, Azərbaycanda çox az sayda məmur ictimai nəqliyyat vasitəsindən istifadə edir.

Read More

Hökumət dərman alınmasına 10 milyon manat ayırdı

Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. Azərmedia.az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Qərarla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Read More