Azərbaycanda bu tələbələrə təqaüd verilməyəcək – QƏRAR

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10…

Read More

Nazirlər Kabinetindən tibbi maskalarla bağlı YENİ QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar imzalayıb. Qərara əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub. Bu qərar əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə…

Read More

Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu

Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub. Bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək. Belə ki, hər il dövlət qurumlarında, idarə və təşkilatlarda çalışan şəxslərin övladları üçün bayram şənliyi biletləri verilirdi. Bu il isə həmin biletlər hədiyyələrlə əvəzlənib. Orada çalışan işçilərə uşaqlarına aparmaları üçün hədiyyələr təqdim olunur. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert…

Read More

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb

“Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb”. Azərmedia.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə hərarəti yoxlanılır. Deputatların da müvafiq qaydada yoxlanışdan keçəcəyini vurğulayan A. Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib. O qeyd edib ki, eyni zamanda Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.

Read More

Azərbaycanda dərslərin dayandırılması müddəti uzadıldı – RƏSMİ QƏRAR

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. (azxeber.com)

Read More

Daha bir İran generalı öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı ali vəzifəli mənsublarından olan general Fərhad Dəbiriyan öldürülüb. Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Bildirilib ki, paytaxt Dəməşqin Zeynəbiyyə bölgəsindən məsul olan Dəbiriyan ötən gecə qətlə yetirilib. Komandanın ölümü ilə bağlı detallar açıqlanmayıb. Qeyd edək ki, Dəbiriyan İŞİD terror təşkilatının antik Palmira şəhərini işğal etdiyi 2015-ci ildə bu şəhərin komandanı vəzifəsinə gətirilmişdi. Xatırladaq ki, daha əvvəl SEPAH-ın “Qüds gücü” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani ABŞ ordusu tərəfindən öldürülmüşdü. Bu hadisədən sonra İranın bir neçə generalı qətlə yetirilmişdi. (publika.az)

Read More

Bütün pensiya, müavinət və təqaüdlər bu tarixədək ödəniləcək – RƏSMİ

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiru Fazil Talıbov məlumat verib. F.Talıbov qeyd edib ki, bu ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək: “Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb”. Nazirlik rəsmisinin sözlərinə görə, növbəti iş günlərində bu proses digər bölgələr…

Read More

Sabah hava necə keçəcək? – HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında martın 8-də hava əasən yağmursuz keçəcək.…

Read More

Atəşkəs 24 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də…

Read More