Qazaxda düşmən təxribatının qarşısı alındı

“Bu gün saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub”. Azərmedia.az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Read More

Haftara böyük zərbə: Silah anbarı vuruldu

Liviya Milli Razılıq Hökumətinə məxsus hərbi qüvvələr paytaxt Tripolinin cənubundakı Suk əl-Əhəd bölgəsində Xəlifə Haftar qüvvələrinə məxsus silah anbarını məhv edib. Azərmedia.az xəbər verir ki, bu barədə Milli Razılıq Hökuməti qüvvələrinin sözçüsü Məhəmməd Kununu məlumat verib. Kununun sözlərinə görə, əməliyyat Haftar qüvvələrinin qeyri-döyüş zonasında yerləşən mülki əhalini atəşə tutmasına cavab olaraq keçirilib./modern.az/

Read More

Məktəblərdə tətilin 1 mayadək uzadılması xəbəri yalandır – Nazirlik

“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında yayıldığı iddia edilən guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil”. Azərmedia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir: “Hazırda Təhsil Naziriyinin saytına girişdə müvəqqəti problem var. Yaxın dəqiqələrdə problem aradan qaldırılacaq”. Cəsarət Valehov mediadan rəsmi xəbərlərə istinad etməyi xahiş edib.

Read More

ÜST koronavirusdan ölənlərin sayını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 7-nə olan məlumatı açıqlayıb. Azərmedia.az-ın xəbərinə görə, son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac, Peru, Serbiya və Toqoda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb. Bununla da xəstəliyin qeydə alındığı ölkələrin sayı 93-ə çatıb. Martın 7-də dünyada 3 min 735 nəfər koronavirusa yoluxub və beləliklə dünyada koronavirusa yoluxanların sayı 101 min 927 nəfər olub. Ötən gün Çində  102 nəfərdə virusa yoluxma aşkarlanıb və bununla da ölkədə koronavirusa yoluxanların sayı 80 min 813 nəfərə çatıb. Martın 7-də Çində 28…

Read More

Lavrovun Ərdoğanın qulağına nə dediyi məlum oldu

Rusiyanın Xarici İşlər Nazirliyi Moskvada Rusiya və Türkiyə Prezidentlərinin İdlibdə atəşkəs elan olunması ilə bağlı qərarından sonra keçirilən toplantı haqqında rəsmi açıqlama verib. Açıqlamada əsas diqqət Sergey Lavrovla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan dialoqa yönəlib. Belə ki, Rusiya XİN başçısının Ərdoğana nə dediyi məlum olub. Rəsmi açıqlamada Lavrovun Ərdoğanın qulağına “Qalstukuna vuruldum” dediyi bildirilir. (oxu.az)

Read More

COVID-19 xəstələrinin karantinə alındığı bina çökdü

Xilasedicilər Çinin Fujian əyalətində çökmüş hotelin dağıntıları altından 50 nəfəri çıxara biliblər. Bu barədə RİA “Novosti” yerli mediaya istinadən xəbər verir. Lakin onlardan ikisinin öldüyü bildirilir. *** Çində karantində olan COVID-19 xəstələrinin qaldığı beşmərtəbəli hotel çöküb. Dağıntılar altında ən azı 70 nəfərin qaldığı, bu ana qədər 28 nəfərin xilas edildiyi deyilir. “South China Morning Post” qəzetinin xəbərinə görə, binanın çökmə səbəbi hələlik məlum deyil. Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən hotel binası…

Read More

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsi vasitəsilə qadınları təbrik edib. Paylaşımda deyilir: “Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun! Tanrı sizi və doğmalarınızı qorusun!”

Read More