Rusiya və NATO qırıcıları arasında GƏRGİN ANLAR – 15 saat…

NATO təlimlərindən bir neçə saat əvvəl kəşfiyyat məqsədiylə havaya qalxan Rusiya təyyarələri Böyük Britaniya qırıcılarının təzyiqinə məruz qalıb. Azərmedia.az xəbər verir ki, Rusiya tərəfi NATO-nun təlimlər keçirəcəyi ərazilərə yaxın bölgələrdə uçuşlar keçirəcəyi barədə açıqlama verib. NATO bunun kəşfiyyat uçuşları olduğunu irəli sürərək, Rusiya təyyarələrini təqib edib. Məlumata görə, gərginlik 15 saat davam edib. Britaniyalı pilotlar bir neçə dəfə rusiyalı pilotların uçuşlarına mane olmaq üçün təzyiq göstəriblər. Qeyd edək ki, NATO ölkələri ötən gün hərbi təlimlərə başlayıb.  /Publika.az/

Read More

Dünyada neftin qiyməti bir anda ucuzlaşdı – 30 ildən sonra İLK

Dünya birjalarında neftin qiyməti bir ecədə kəskin şəkildə ucuzlaşıb.  Azərmedia.az xəbər verir ki, hazırda “Brent” markalı neftin qiyməti 33,35 dollardır. Texas nefti isə 29,54 dollara geriləyib. Bu ucuzlaşma körfəz müharibələrindən bu yana ən sərt enmədir. Bir gün ərzində 31%-lik ucuzlaşma dünya bazarında şok effekti yaradıb. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da dərinləşdirilməsi üzrə Rusiyanı razı salmaq mümkün olmayıb. Bu razılaşma əldə edilmədiyi üçün neftin qiymətini saxlamaq mümkün olmayıb. Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin…

Read More

İtaliya koronavirusdan ölümə görə dünyada birinci oldu

İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib. Azərmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin hazırladığı statistik xülasədə qeyd olunub. Bazar günü ( 8 mart – Red) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb – 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%). Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb. Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib. Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.…

Read More

Neftin qiyməti düşdü…

“Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır”. Azərmedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir. “Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin uzun müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edəcək. Bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər,…

Read More

Ərdoğan bu videoya baxıb göz yaşlarını saxlaya bilmədi – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı tədbirdə kövrəlib. BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Haliç Konqres Mərkəzində təşkil edilən “Türkiyənin Qəhrəman Qadınları Programı”nda 7 şəhid anasının çıxışı təqdim olunub. Şəhid analarının sözləri zalda olan hər kəsi kövrəldib. Ərdoğanın göz yaşlarını saxlaya bilmədiyi kadrlarda əks olunub. Şəhid analarının hər kəsi kövrəldən videosunu təqdim edirik: /baku.ws/

Read More

Azərbaycanda bu tələbələrə təqaüd verilməsi DAYANDIRILACAQ – VİDEO

Kəsiri olan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə təqaüdün verilməsi dayandırılacaq. Bundan əlavə bakalavriat və magistratura təhsilinin məzmunu, eləcə də təşkili səlahiyyətləri də Təhsil Nazirliyindən alınaraq Nazirlər Kabinetinə verilib. Azərmedia.az xəbər verir ki, Baş nazir təhsillə bağlı yeni qərar imzalayıb. Dövlət ali və orta ixtisas təhsil müəssisələri eləcə də AMEA-nın da magistratura səviyyəsində təhsil alan tələbələr imtahandan kəsildikləri andan onlara təqaüdün verilməsi dayandırılacaq. Öncəki qaydalara əsasən həmin tələbələr yeni semestr başlayana qədər imatahanı yenidən verib keçə bilirdilərsə onda təqaüd almağa davam edirdilər. Ancaq indi onlar bu hüquqdan istifadə edə bilməyəcəklər.…

Read More