Virus barədə həqiqət və yalan: Mütəxəssislər bir-birini təkzib edir

“Koronavirus dünyada hələ bir neçə il də davam də bilər”. Azərmedia.az xəbər verir ki, bunu Lion Universitetinin Beynəlxalq İnfeksiya Tədqiqatları Mərkəzinin mütəxəssisi Bryun Lin bildirib. Onun sözlərinə görə, sadə üsullarla koronavirus və adi qrip arasındakı fərqi bilmək mümkün deyil. Həkim bu zaman ancaq müraciət edən şəxsin koronavirus yayılan bölgədən gəlməsi və ya ordan gələnlərlə təmasda olmasına diqqət yetirməli olduğunu vurğulayıb: “Ancaq insanlarda heç bir simptom müşahidə edilməyə də bilər. Yaxud onlarda yoluxma faktı ancaq bu simptomlar aşkarlandıqdan qısa müddət sonra təsdiqlənər”. Mütəxəssis qaynar içkilərin virusdan qoruduğuna dair yayılan informasiyaların da həqiqətə uyğun…

Read More

“Öz qohumlarını vəzifələrə yerləşdirmək…” – İlham Əliyevdən deputatlara xəbərdarlıq

“Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”. Azərmedia.az xəbər verir ki, bunu president İlham Əliyev yeni Milli Məclisin bu gün keçirilən iclasında deyib. Prezident bildirib ki, əvvəllər belə hallar kifayət qədər çox olub: “Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm.…

Read More

Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfər sağalıb

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Azərmedia.az bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bildirilib ki, əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi…

Read More

Baş nazir yanında təcili toplantı: “Sabitləşdirici tədbirlər həyata keçiriləcək”

Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Azərmedia.az bildirir ki,  müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər. Qeyd olunub ki, dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft…

Read More

Azərbaycanda Novruz şənlikləri ləğv edildi – RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumata görə, virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib: “Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir. Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir…

Read More

Prezidentin VI çağırış Milli Məclisin ilk iclasındakı ÇIXIŞI – VİDEO

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini…

Read More

Milli Məclisdə komitə sədrləri seçildi – SİYAHI

Milli Məclis komitələrinin sədrləri və müavinləri seçilib. Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizəlikləri irəli sürülən deputatların adlarını oxuyub. Məsələ səsə qoyularaq qəbul edilib. Məlumata görə, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, Adil Əliyev Gənclər və idman komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət,…

Read More

“Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin” – İqtisadçı-ekspert

“Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur”.Bu sözləri tanınmış iqtisadçı ekspert Pərviz Heydərov deyib.O bildirib ki, neftin dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: “2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və…

Read More

Milli Məclisə yeni sədr seçildi

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir. İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib. Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib. (publika.az)

Read More

Azərbaycanda daha bir imtahan təxirə salındı

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 15 və 29 martda keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq. 11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı…

Read More