Azərbaycandan bu ölkələrə uçuş dayandırıldı – SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır. Turkustan.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb. Operativ qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririb ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək.

Read More

Azərbaycanda bu dərmanın istifadəsinə qadağa qoyuldu

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub. Mərkəzdən verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər. Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin…

Read More

Azərbaycan Ordusunda valideyn görüşləri qadağan edildi

Azərbaycan Ordusunda valideyn görüşləri dayandırılıb. Azərmedia.az-ın xəbərinə görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib. Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib. Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

Read More

Hökumətdən ŞAD XƏBƏR: Azərbaycanda koronavirusa yoluxan 3 nəfər sağalaraq evə buraxıldı

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərmedia.az bildirir ki. bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Read More

Bu müəllimlər attestasiyadan keçiriləcək

Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlərin attestasiyadan keçirilməsi təklif edilir. Azərmedia.az xəbər verir ki, bunun üçün “Peşə təhsili haqqında” qanuna dəyişiklik olunacaq. Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.   /Modern.az/

Read More

Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini dövlət ödəyəcək – Azərbaycanda

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək. Azərmedia.az-ın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.   /APA/

Read More

Belçikalı alimlərdən şad xəbər: Koronovirus zərərsizləşdirildi

Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb. “HaberGlobal”ın məlumatına görə, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib. Üniversitetin “Twitter” hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində inqilabi bir iş həyata keçirildiyi qeyd olunub./turkustan.info/

Read More

İrana üçtərəfli şok: ABŞ ağır zərbələr endirir

İran tarixinin ən çətin dövrünü yaşayır. Ölkə əvvəlcə Qərbin sanksiyalarına görə iqtisadi çətinliklərə məruz qaldı, daha sonra isə koronavirus pandemiyası burada sürətlə yayılmağa başladı. Bu azmış kimi neftin qiymətinin düşməsi İran iqtisadiyyatını darmadağın etdi. Azərmedia.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İranın ABŞ-ın İraqdakı Taci düşərgəsini raketlə vurmasını şərh edərkən deyib. O bildirib ki, yuxarıdakı səbəblərə görə İran regionda dəstəklədiyi radikal şiə qruplaşmaları yenidən aktivləşdirib: “Bunun ən bariz nümunəsi bir müddət öncə Suriya Prezidenti Bəşər Əsədin hücumlarında əsas zərbəçi qüvvənin İran tərəfindən dəstəklənən radikal qruplaşmalar olmasıdır. ABŞ-ın İraqdakı Taci…

Read More

İtaliyada sutka ərzində COVID-19-dan rekord ölüm hadisəsi qeydə alınıb

İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib. Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib. “İtaliya COVID-19-a  yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, – deyə Borrelli bildirib. O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.  /oxu.az/

Read More

Paşinyan ailəsi ilə İrəvandan qaçdı…

“Həyat yoldaşım Braziliya prezidentinin xanımı ilə görüşüb və onu qucaqlayıb…” Azərmedia.az News.am saytına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ailəsi qəflətən Sevan kənarındakı  bağına gedərək özünü izolyasiya edib. Bunu baş nazir “Facebook” sosial şəbəkəsində canlı yayımla elan edib.Paşinyanın sözlərinə görə, sabah koronavirus testindən keçəcəklər.“Dünəndən narahat olmuşuq, Braziliya prezidentində koronavirusun olduğu təsdiqini tapandan sonra  özümüzdən ayrılmaq qərarına gəldik. Bu axşam Sevan yolunda testin müsbət nəticə verdiyini öyrəndik. Bilirsiniz ki, Martın 7-də həyat yoldaşım Anna Braziliya prezidentinin xanımı ilə görüşüb və işə bax ki, onu qucaqlayıb və foto çəkdirib.…

Read More