Avtomobillərin qiymətində 3-8 min manat ucuzlaşma var

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi sahələrin fəaliyyəti bərpa olunub. Bunlar arasında avtomobil satışı da yer tutur.  Lakin məlum olduğu kimi, mövcud vəziyyətlə əlaqədar hələ də bazarda müəyyən durğunluq hökm sürür. Bu isə öz növbəsində avtomobillərin qiymətinə ciddi şəkildə təsir edir. Hətta elə bir vəziyyət yaranıb ki, avtosalonlar bəzi köhnə maşınların kreditlə satışına başlayıblar. Maraqlıdır, koronavirus dövründə Azərbaycanda avtomobil satışında nə qədər geriləmə olub? Azərmedia.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobil bazarında ciddi durğunluq müşahidə olunmaqdadır. Bunun başlıca…

Read More

Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur – DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.  Azərmedia.az bildirir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki,  tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.

Read More

Prezident Aqil Şirinovu İlahiyyat İnstitutunun rektoru təyin etdi

Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. AzərMedia.az xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib. Aqil Muxtar oğlu Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub. 2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura…

Read More