Azərbaycanda toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? – Operativ Qərargahdan AÇIQLAMA

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejiminin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb. Azərmedia.az sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir: “Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz, sadəcə, ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə,…

Read More

Müəllim işləmək istəyənlərin nəzərinə – Məntiqdən imtahan verməyəcəklər

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər. Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. Onun sözlərinə görə, bu il müəllim işləmək istəyənlər yalnız ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər: “Müəllimlərin ixtisas fənlərini dərindən bilməsi çox yaxşı haldır. Amma bu, onların məktəbdə yaxşı müəllim kimi fəaliyyət göstərməsi üçün kifayət deyil. Əsas məsələ şagirdlərlə necə davranmaq, şagird auditoriyasını idarəetmək, tədrisi və qiymətləndirmələri səmərəli şəkildə təşkil etməkdir. Bütün bunlar onların ciddi şəkildə metodik yanaşmalara yiyələnməsini tələb edir. Buna görə də bu il…

Read More

Ünvanlı sosial yardım almaq istəyənlərə yeni xəbər – VİDEO

Ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sosial yardım almaq hüququ ilə əlaqədar vətəndaşlar üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər aliment, fiziki qüsurlu insanlara baxma və qeydiyyat ünvanı kimi məsələləri də əhatə edir. AzərMedia.az Xəzər TV-yə istinadla xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün…

Read More

ABŞ narahatdır: Çin İsraili ələ keçirir

Çinin İsrail ilə əməkdaşlıq etməsi Vaşinqtonun Təl Əvivlə olan önəmli layihələrini təhlükəyə ata bilər. Azərmedia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, Çinin İsrail iqtisadiyyatına nüfuz etməsindən narahatlığını ifadə edib: “Bu məsələni Netanyahu ilə müzakirə etdik. Çin ilə əməkdaşlığın israilliləri təhlükəyə atdığına dair kəşfiyyat məlumlatları olduğunu diqqətə çatdırdıq”. Qeyd edək ki, ötən gün Pompeo İsrailə səfər edib.  /Axar.az/

Read More

30 milyon insanı aclıq gözləyir – HESABAT

BMT-nin təxminlərinə görə, çoxu Afrikada olmaqla 30 milyondan çox insan ifrat yoxsulluqla üzləşəcək. AzərMedia.az xəbər verir ki, BMT zəngin iqtisadiyyatların 5 faizdən çox daralacağını təxmin edib. İnkişaf etməkdə olan dünyada daha az daralmaların belə yoxsulluqda vacib bir artıma səbəb olduğu fikri irəli sürülüb. BMT-nin tərtib etdiyi son hesabata görə, bu ölkələrin bir çoxunda virusla mübarizə və iqtisadi bərpa tədbirlərinin dəyəri həddindən artıq yüksək olacaq. Həmçinin hesabatda bildirilib ki, inkişaf etməkdə olan ölkələr büdcələrinin gedərək artan hissəsini borc faizlərinə ödəyirlər.   /Cebhe.info/

Read More