Daha 2 ölkə koronavirusla vidalaşdı

Dünyanın daha iki ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb. AzərMedia.az xəbər verir ki, Kamboca və Eritreyada infeksiyaya yoluxmuş bütün xəstələr sağalıb. Qeyd edək ki, Kambocada 122, Eritreyada isə 39 nəfərdə COVID-19 qeydə alınmışdı. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kamboca və Eritreyanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib. Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya və Şərqi Timorda koronaviruslu xəstə qalmayıb. ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.  /Modern.az/

Read More

Bakıda karantin postları ləğv edildi

Bu gündən etibarən Bakıda quraşdırılmış xüsusi polis postları götürülüb. AzərMedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər. Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər.   /baku.ws/

Read More

ABŞ və Rusiya razılaşdı: Türkiyə qalır, İran çıxarılır!

Rusiya və ABŞ Suriya məsələsi ilə bağlı razılığa gəlib və Türkiyə regionda aktiv şəkildə fəaliyyətini davam etdirəcək. AzərMedia.az xəbər verir ki, bu sözləri YPG nümayəndəsi Bedran Çiya deyib. O bildirib ki, tərəflər İsraildə Suriyanın taleyi ilə bağlı mühüm qərara imza atıb: “Əslində, bu razılaşmanın təməli bir il öncə qoyulub. Biz məsələ ilə bağlı strateji qərarların verildiyini düşünürük. Zənnimizcə, Rusiya İranın Suriyadan çıxarılmasını qəbul edib. Digər tərəfdən, Əsədin də getməsi ilə razılaşıblar. Üçüncüsü isə Rusiya İdlibin Türkiyənin nəzarətində qalmasını təsdiqləyib. Heyəti Təhrir əş-Şam xaric, digər qrupların İdlibdə olmasına “hə” deyib. Türkiyənin hərbi…

Read More

Laçın işğalından 28 il ötür – VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 28 il ötür. AzərMedia.az xəbər verir ki,  1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb,…

Read More

Paşinyan indi də Rəsulzadəyə iftira atır – Bəs tarixdə nə olub?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Yenisabah.az xəbər verir ki, Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.  İttihamın cəfəng olduğunu sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionerlərinin komandanı Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə ilk görüşü barədə xatirəsinə diqqət edək: “Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi. Hitler “heç bir komitə istəmirəm” demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında…

Read More