Ermənilərin əsir götürdüyü əsgərlərimizlə bağlı SON XƏBƏR

Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərlərinin vəziyyəti (Azərbaycan əsgərləri ilə bağlı məsələ) Ombudsmanın diqqət mərkəzindədir.

Bu barədə Ombudsman Aparatından məlumat verilib. Məlumata görə, cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə qarşı münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı Müvəkkil tərəfindən BQXK-nə və BMT-yə təkrar müraciət artıq hazırlanıb. Qeyd edək ki, bu işlərə noyabrın 12-dən başlanılıb./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •