Vitamin D və kalsiumun birlikdə qəbulu insulta səbəb olur

Hazırda insanlıq vitamin D və kalsium defisiti yaşayır. Ona görə həkimlər həm bu vitaminlərlə zəngin qidalar, həm də preparatlar qəbul etməyi məsləhət görür.

Apteklərdə geninə-boluna satılan əlavələr, sintetik vitaminlər faydalı olduğu qədər də zərərlidir.Medicina.az xəbər verir ki, alimlər paralel olaraq eyni vaxtda D vitamini və kalsium preparatlarının qəbulunun insanda insult riski yaratdığını elan edib.Kalsium qanın normal laxtalanması, ürək əzələsinin işi üçün vacibdir.
İnsan vitamin D ilə kalsiumu birlikdə qidalardan təbii yolla almalıdır. Çünki bu ikilinin biri olmadan digəri yaxşı mənimsənilmir. Alimlər apardıqları tədqiqatlar zamanı sebut edib ki, bu iki preparatın qəbulu arteriyaları daraıdır, ateroskleroz yaradır, burdan da infarkt və insult ehtimalını 18% artırmış olur. 
Digər qrup alimlər isə bu məticəsə skeptiki yanaşaraq, insan üçün təhlükə olmadığını bildirir. Həm də vitamin D defisiti olan insan təkcə D vitamini qəbul etməklə iş düzəlmir, mütləq kalsium olmalıdır.
Ona görə alimlər D vitamini ilə kalsiumun təbii yolla qəbulunu məsləhət görərək, orqanizmi əlavə olaraq problemlərlə üz-üzə qoymaqdan çəkindirir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •