Oğuz meşələrində yanğın: 100 nəfər söndürmək üçün cəlb olundu

Oğuz meşələrində yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu gün günorta saatlarında yüksək dağlıq ərazilərdə baş verən yanğının söndürülməsi prosesində 100 nəfərdən artıq insan iştirak edib.

Rayonun Calut kəndi ərazisində yüksək dağlıq ərazilərdə qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, şəxsi heyəti, kənd əhalisi və polis əməkdaşları cəlb olunub.

Yanğınsöndürən texnikaların yüksək dağlıq əraziyə qalxa bilməməsi səbəbindən, alovun söndürülməsi üçün xüsusi əl avadanlıqlardan istifadə olunub.

Yanğın nəticəsində 2 hektara yaxın ərazidə kol-kos və ağaclar yanıb.

Yanğın axşam saatlarında söndürülüb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •