Ali məktəblərə qəbul olmayanlar üçün ŞANS

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
AzerMedia.az Lent.az -a istinadən xəbər verir ki, tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Əgər bu müddətdə sözügedən tələbələr qeydiyyatdan keçməsələr, bu hal onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, universitetə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust – 2 sentyabr tarixlərində həyata keçiriləcək.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •