Azərbaycanla bağlı mühüm TARİXİ FAKT – Vilayət Quliyev açıqladı/FOTO

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ilginc bir faktı açıqlayıb.

AzərMedia.az xəbər verir ki, diplomat öz Feysbuk hesabında AXC ilə bağlı bir sənədin görüntüsünü paylaşıb.

Vilayət Quliyev sözügedən sənədlə bağlı bunları yazıb:

“Cümhuriyyətlə bağlı daha bir şərəfli tarixin – Azərbaycanın müstəqilliyinin de fakto tanınmasının 100 illiyi ərəfəsində tarixçilərimizi zəruri bir düzəliş aparmağa çağırıram. Bilmirəm, kiminsə “əlinin yüngüllüyü” sayəsində Paris Sülh konfransının Ali Şurası tərəfindən Cümhuriyyətin müstəqilliyinin de fakto tanınması günü kimi hər yerdə 11 yanvar 1920-ci il tarixi göstərilir. Əlimərdan bəy Topçubaşovun Paris arxivində saxlanan bu sənəd isə tanınma aktının bir gün əvvəl -yanvarın 10 baş tutduğunu sübut edir.

Digər tərəfdən, 1920-ci ilin 11 yanvarı ümumiyyətlə, bazar gününə təsadüf etmişdi. Aşağıda təqdim olunan sənədi almaq üçün Əlimərdan bəy 1920-ci il yanvarın 29-da Ali Şuranın katibliyinə müraciət etmişdi və ertəsi gün ona tanınma protokolundan foto-surətini əlavə etdiyim qətnamə (orijinalı fransız dilində) göndərilmişdi. Ümidvaram ki, “daşdan keçən” bu sənəd “11 yanvar” tarixini bundan sonra “10 yanvarla” əvəzləmək üçün kifayətdir”.

Fotonu təqdim edirik:

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •