Ərdoğan Türkiyə istehsalı olan peyvəndin istifadəyə buraxılacağı tarixi elan etdi

“Ən geci aprel ayında Türkiyə istehsalı olan peyvəndlər istifadəyə hazır olacaq”.

AzərMedia.az “Sözcü”yə istinadən məlumat verir kmi, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldığı “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib.

O, əhalinin sağlamlığı ilə bərabər, işini, azuqəsini, gələcəyini qorumaq üçün dövlətin imkanlarını səfərbər etdiyini vurğulayıb.

Türkiyə prezidentinin sözlərinə görə, bütün dünyanı bürüyən epidemiyanın şərtlərinə baxmayaraq, ötən 2020-ci ildə sosial layihələrdə axsama olmayıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •