Virusdan ölüm və yoluxma sayı ABŞ-da çox şişirdilib – Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsində koronavirusdan ölüm və yoluxma sayının həddən artıq şişirdildiyini bəyan edib.

AzərMedia.az xəbər verir ki, Tramp bu barədə tvitter hesabında yazıb.

“Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin digər ölkələrlə müqayisədə gülməli sayma üsulu sayəsində Çin virusundan ölüm və yoluxma sayı ABŞ-da çox şişirdilib. Bunların çoxu bilərəkdən edilir. Şübhə doğurursa, COVID adlandırın. Saxta xəbərlər!”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bu saata olan son məlumata görə ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 20 927 033 nəfər, ölənlərin sayı isə 358 883 nəfərdir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •