Prezident və birinci xanımdan Teymur Rəcəbova TƏBRİK

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan qrossmeysteri Teymur Rəcəbovu təbrik ediblər.

AzərMedia.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz Teymur,

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •