Nazirlik xaricdə təhsil almaq hüququ qazananların sayını açıqladı

2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

AzərMedia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün feysbuk hesabında yazıb. 

“2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb”, – deyə nazirlik sözçüsü qeyd edib./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •