“Ermənistan bu seçimi etsə…” – Hulusi Akardan kritik açıqlama

Türkiyənin Müdafiə naziri Hulusi Akar “Hüriyyət” qəzetinə müsahibə verib.

AzərMedia.az xəbər verir ki, nazir Ermənistan və Azərbaycan arasındakı 44 günlük savaşla bağlı sualı da cavablandırıb.

Jurnalistin “Sizcə, Azərbaycanın qələbəsindən sonra ortaya çıxan ən vacib məsələ nədir?” sualına Akarın cavabı belə olub:

“Əməliyyatlar 44 gün davam etdi. Bu əməliyyatların ən əhəmiyyətli təsiri bu oldu: iki ölkə “iki dövlət, bir millət” şüurunu daha yaxşı qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan öz seçimlərini düzgün etsə, sülhün payçısı ola bilər”./teleqraf/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •