ABŞ İranın terror aktı törədəcəyindən ehtiyat edir
ABŞ-da iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı terror qorxusu davam edir.
AzərMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkdakı aviadispetçerlər anonim terror xəbərdarlığı alıb.
“Biz çərşənbə günü Kapitoliya təyyarə ilə hücum edəcəyik. Süleymaninin qisası alınacaq”- deyə xəbərdə deyilir.
Federal Təhqiqatlar Bürosu insidenti şərh etməsə də, mülki aviasiya xidmətinləri təhlükəsizliyi gücləndirib.