Türkiyənin yeni silahı – OMTAS

Türkiyə Silahlı Qüvvələri arsenalını gücləndirməkdə davam edir.

AzərMedia.az xəbər verir ki, artıq yeni orta mənzilli tank əleyhinə silah sistemi (OMTAS) sınaqdan keçirilib.

Dəqiq nəzarət qabiliyyəti və zireh deşən döyüş başlığı ilə OMTAS zirehli hədəflərə qarşı çox təsiredici qüvvəyə malikdir.

Silahdan gecə-gündüz və hər cür hava şəraitində istifadə oluna bilər. Eyni zamanda, sabit və hərəkətdə olan hədəfləri vurmaq, hədəf üzərində vuruş nöqtəsini yeniləmə, uçuş zamanı hədəflərin dəyişdirilməsi, koordinata atış və digər xüsusiyyətləri özündə birləşdirir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •