Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə iki saat qaldı

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi avqustun 14-ü saat 13:00-da yekunlaşacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 23 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •