Novruz çərşənbələrinin tarixləri açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •