II ixtisas qrupunda 5 ixtisas ləğv edildi

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.

AzərMedia.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:1. Coğrafiya müəllimliyi2. Tarix və coğrafiya müəllimliyi3. Beynəlxalq münasibətlər4. Regionşünaslıq (regionlar üzrə)5. Sosiologiya6. Beynəlxalq ticarət və logistika7. Biznesin idarə edilməsi8. Davamlı inkişafın idarə edilməsi9. Dövlət və bələdiyyə idarəetməsi10. İqtisadiyyat11. Maliyyə12. Marketinq13. Menecment14. Mühasibat15. Statistika16. Coğrafiya17. Hidrometeorologiya18. İdman menecmenti və kommunikasiya19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)20. Turizm bələdçiliyi21. Turizm işinin təşkili/Qaynarinfo/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •