Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq – SİYAHI

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən qalib gələn namizədlərin siyahısı müəyyənləşdi.

MSK-nın fevralın 10-da açıqladığı nəticələrə görə, 125 dairənin hər biri üzrə protokollar tərtib olunub.

AzərMedia.az MSK-ya istinadən, qalib gələn namizədlərin partiya mənsubiyyəti üzrə sayını təqdim edir:

Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 namizədi qalib gəlib.

Digər partiyaların isə qalib gələn namizədlərin sayına görə siyahı aşağıdakı kimidir:

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3 nəfər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)  – 1 nəfər

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) – 1 nəfər

Ana Vətən Partiyası (AVP) – 1 nəfər

Böyük Qurtuluş Partiyası  (BQP) – 1 nəfər

Vəhdət Partiyası (VP) – 1 nəfər

Vətəndaş Birliyi Partiyası (VBP) – 1 nəfər

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – 1 nəfər

Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.

Qeyd edək ki, bu seçkilərdə beşinci çağırış Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)  və Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) heç bir namizədi qalib gəlməyib.

Xatırladaq ki, beşinci çağırış Milli Məclisdə də 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. VHP 2, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunurdu. Parlamentin 39 üzvü isə bitərəf deputatlardan ibarət idi.     /Modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •