Dünyanın gözlədiyi dollar qərarı: Bir neçə saat sonra nə olacaq?- GÖZLƏNTİ

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam edir.

Fevralın 11-də Bakı vaxtı ilə saat 19:00-da Amerika Mərkəzi Bankının (FED) sədri Cerom Povelinin senat qarşısında verəcəyi hesabat investorların diqqət mərkəzindədir.

Çində koronavirusun geniş vüsət alması dünya iqtisadiyyatına təsirləri fonunda dolların məzənnəsinin yüksələcəyi gözləniləndirmi?

İqtisadçı-alim Fuad İbrahimov Cehbe.info-ya açıqlamasında bildirib ki, dolların məzənnəsi ilə bağlı vəziyyət istənilən istiqmətdə cərəyan edə bilər:

“Bu həm də FED sədrinin hesabatının detallarından asılıdır. Belə ki, ABŞ valyutası möhkəmlənə və ya ucuzlaşa bilər. Bəyanat veriləndən sonra bazar mütləq şəkildə ona reaksiya verəcək. Son zamanlar valyutaların dəyəri proqnozlara uyğun olmur, dünya birjaları bəzən tamamilə əks effekt verir. Bəzən dolların möhkəmlənməsi ilə bağlı bəyanat verildiyi halda bazar buna tamamilə əks effekt verir və ucuzlaşma baş verir. Hazırda proseslər dolların möhkəmlənməsinə istiqamətlənib”.

Çində koronavirusun yayılmasının qlobal iqtisadiyyata göstərdiyi təsirlərin dolların möhkəmlənəcəyilə nəticələnəcəyinə gəlincə, ekspert bildirir ki, əslində ABŞ hakimiyyətinin siyasəti heç də dolların möhkəmlənməsi istiqmətində deyil:

“İstənilən valyutanın möhkəmlənməsi onun cazibədarlığını itirir. Hansısa valyuta öz optimal səviyyəsindən daha çox güclənirsə, o, ticarət dövriyyəsində elastikliyini itirir. Bu nöqteyi-nəzərdən ABŞ siyasətində belə bir istiqmət götürülməyib. Amma hər bir halda qeyri-şərtsiz dolların ucuzlaşması deyil, daha çox optimal səviyyədə saxlanılması siyasəti aparılır. Hesab edirəm ki, əgər Çindəki vəziyyətə görə dolların möhkəmlənməsi prosesi getsə belə, ABŞ-ın institutsional səviyyədə onu tənzimləmək üçün alətləri var”.

Fuad İbrahimov deyir ki, dollarla bağlı prosesin Azərbaycan manatına hansısa təsiri gözlənilmir:

“Manat indiki vəziyyətdə dayanıqlıdır və dollara qarşı münasibətdə öz dəyərini itirməyəcək. İqtisadi göstəricilərimiz və digər amillər bunu şərtləndirmir”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •