Deputatlığa namizədlər Lökbatandan imtina etdilər

Xəbər verdiyimiz kimi, Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı mitinq keçirmək barədə BŞİH-ə müraciət ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt ərazisində mitinq keçirtməklə bağlı müraciətə cavab olaraq mitinqin keçirilməsinə razılıq verməyib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazəli mitinqin keçirilməsinə digər ərazidə icazə verib.

AzərMedia.az-ın məlumatına görə, REAL sədri İqbal Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) digər ərazidə mitinq keçirtməyə icazə verməsinə bu cür münasibət bildirib:

“Lökbatan təklifindən imtina etdik. 16 fevralda saat 15:00-17:00`da seçki saxtakarlığına qarşı aksiya Bakı şəhərində keçirilməlidir”.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət ediblər.  /Modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •