İkinci ali təhsil almaq istəyənlərə BSU-dan unikal şans

Azərbaycan Respublikasınım unikal ali təhsil müəssisələrindən biri olan Bakı Slavyan Universiteti (BSU) 2019/2020-ci tədris ili üzrə ikinci ali təhsil proqramı ilə yanaşı ixtisasartırma proqramı üzrə də tələbə qəbulu elan edir.

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müidiri Dürdanə xanım Əliyevanın AzərMedia.az saytına bildirdiyinə görə, aşağıdakı ixtisaslar üzrə universitet ikinci ali təhsil ixtisaslarına müsabiqə elan edir:

– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”
– “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”
– “İbtidai sinif müəllimliyi” (Azərbaycan və rus bölmələri)
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri)
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri)
– “Beynəlxalq münasibətlər”

Universitetin 1 (bir ) illik ixtisasartırma üzrə təhsil proqramlarına qəbul isə aşağıdakı ixtisaslara görə aparılır:

– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”
– “Rus dili və ədəbiyyatı müəllimliyi”
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”
– “İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri)”
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri)
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri)

Bakı Slavyan Universitetinə qəbul olmaq istəyənlər aşağdakı sənədləri təqdim etməlidirlər:

  • Diplom və diplom içinin notariusda təsdiqlənmiş variantının surəti (3 nüsxə)
  • Şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə)
  • Nikah kağızının surəti (3 nüsxə),
  • Foto 6 ədəd,
  • Tərcümeyi-hal,
  • Bir üzlü fayl qovluğu

Qeyd edək ki, diplom və diploma əlavə notarial qaydada təsdiqlənməlidir. Sonuncu (IV kurs) tələbələri təhsil aldıqları universitetdən arayış təqdim edə bilərlər. Sənədlərin qəbulu Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33,
Bakı Slavyan Universitetinin (28 may metrosunun II çıxışı) əsas tədris binasının I mərtəbəsində, 103-cü otaqda həyata keçirlir.

Təhsil haqqı
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1800
Rus dili və ədəiyyati müəllimliyi – 1800
İngilis dili müəllimliyi – 2000
İbtidai sinif müəllimliyi – 1800
Məktəbəqədər təhsil – 1500
Beynəlxalq münasibətlər – 1800
Təhsildə Sosial psixoloji xidmət – 1700

Əlaqə vasitələri
☎ Telefon: (012) 599-08-70 Daxili nömrə: 104
📞 Mobil: (050) 333-73-80
📧 E-mail: qiyabi@tedris-bsu.org

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •