Millimiz bu gün Xorvatiya ilə bacaracaq?

Azərbaycan milli komandası bu gün “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Azərmedia.az xəbər verir ki, komandamız 5-ci turda “Bakcell Arena”da Xorvatiya millisini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.


9 sentyabr

20:00. Azərbaycan – Xorvatiya
Baş hakim: Sandro Şerer
“Bakcell Arena”

22:45. Macarıstan – Slovakiya
“Qrupama Arena”

1.Macarıstan43016:49
2.Xorvatiya43019:49
3.Uels42024:46
4.Slovakiya42027:66
5.Azərbaycan40044:120
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •