Gürcüstan Qırmızı Körpüdə ağıllı kamerlar quraşdırıb

Gürcüstan Azərbaycanla sərhəddə ağıllı kameralara quraşdırıb.

Azərmedia.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, avtomobillərin sürətini ölçən kamerlar azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionun əsas magistralında quraşdırılıb.

Tbilisidən Qırmızı Körpüyə uzanan yolda ilk iki kamera Rustavi yolunun 17-20-ci kilometrliyində, daha 2 kamera isə Gürcüstan Daxili İşlər Nazirliyinə Xidmət Agentliyindən Rustavinin Lomauri küçəsinin kəsişməsinə qədər ərazini əhatə edəcək.

Ağıllı kameraların yol qəzalarının sayını azaltmağa xidmət edəcəyi gözlənilir. Bu ilin 6 ayında ölkə yollarında qeydə alınan qəzalarda 224 nəfər ölüb, 3700 nəfər yaralanıb.    

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •