Aşuraya gedənlər Şəhidlər Xiyabanında “Ya Hüseyn!” dedilər – Deputat narazı qaldı

Aşura günü Şəhidlər Xiyabanında da qeyd olunub.

Azərmedia.az Modern.az-a istinadən xəbər verir ki, Aşura günü ilə bağlı Bakı sakinlərinin bəziləri Şəhidlər Xiyabanına yığışıblar. Onların Xiyabanın içərisinə doğru hərəkət edərək, “Ya Hüseyn” – deyə ağı dediyi, sinə döydüyü əks olunur.

Vətən uğrunda şəhid olan şəxslərin dini mərasimlə bağlı adının hallanması isə birmənalı qarşılanmayıb. Bəziləri düşünür ki, Aşuranı məsciddə qeyd edərək, kifayətlənmək gərəkdir və əlavə tədbirlərə əl atmağa ehtiyac yoxdur.

Bununla bağlı millət vəkili Fazil Mustafa bildirib ki, insanların inanclarına qarşı fikir söyləməyin mənası yoxdur:

“İnsanlar istədiyi şəkildə hər şeyi hərif etmək imkanına sahibdir. Ona görə bununla bağlı bir şey söyləmək çətindir. Təhsil səviyyəsi aşağı olan cəmiyyətin bu cür formada öz həyat tərzini qurması anlaşılandır. Bunun başqa bir izahı yoxdur.

İnsanların inancına qarşı fikir söyləməyin mənası yoxdur. Əslində bu Xiyabana toplaşaraq, sinə döyən şəxslərin günahı deyil. Azərbaycan ziyalılarının böyük əksəriyyəti cahillik virusunun daşıyıcılarıdır. Azərbaycan cəmiyyətində Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani kimi ziyalılar tək-tək olublar. Biz isə cahillikdən hələ 100 il sonra da qurtara bilsək daha yaxşı olardı”.Mustafa düşünür ki, insanlar məscidə də ibadət etmək üçün getməlidirlər:

“Quranda isə ibadətin formaları aydın göstərilib. Namaz qılmaq üçün məscidə getmək olar. İnsanlar Aşuranı inanc olaraq görürlərsə, xurafata çatdırmamalıdırlar. Yəni bu hadisəni böyütməklə başqalarını dindən narahatlıq keçirəcək səviyyəyə çatdırmaq, onlara ziyan vuracaq formaya gətirməməlidirlər. Məsələn, müasir dövr üçün qanvermə aksiyası çox müsbət addımdır. XXI əsrdə insan niyə başqasına qan verərək, faydalı olmaq əvəzinə, özünə xəsarət yetirməyi seçməlidir?”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •