SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 43-ə çatdı

Rumıniyanın Satu Mare regionunda SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

AzərMeda.az-ın məlumatına görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 43-cü yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə “SOCAR Petroleum” şirkəti “Nano” markalı dörd növ yanacaq satışını həyata keçirir. SOCAR YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Müştərilərə YDM ərazisindəki “Nar” kafedə yerli və Azərbaycan məhsulları, eləcə də, pulsuz internet xidməti təqdim olunur. Bundan başqa, YDM-də elektrikli avtomobillərin enerji ilə doldurulması üçün avadanlıq mövcuddur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 20 rayonunda YDM şəbəkəsinə malikdir. “SOCAR Petroleum S A” 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •