ABŞ səfirliyi qarşısında partlayış – 11 sentyabr təkrarlanır?

Əfqanıstanda ABŞ səfirliyi qarşısında partlayış törədilib.

Azərmedia.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Kabil şəhərində baş verib.

Hələki ölənlər və yaralananlar barədə xəbər yoxdur, lakin insident nəticəsində qurbanlar ola bilər.

Xatırladaq ki, bu gün “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.  /BakuPost/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •