5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR

Səyahət etmək və bu səyahəti ucuza başa gətirmək çoxlarının istəyidir. Səyahət zamanı xərclərin böyük bir qismi isə nəqliyyata çıxır. Xüsusən də təyyarə biletlərinin bahalığı səfərə çıxanları əməli-başlı “tərlədir”. Amma bu, o demək deyil ki,  ucuz uçuşlar təklif edən havayolu şirkətləri yoxdur.

Dünyada ən ucuz biletlər təklif edən aviakompaniyaları təqdim edirik.

Dünyanın ən ucuz aviaşirkətlərindən olan “Ryanair” biletləri 5-7 avrodan başlayan qiymətlərlə təklif edir. İrlandiyanın aviakompaniyası olan “Ryanair” demək olar ki, bütün Avropaya uçuşlar həyata keçirir. Gün ərzində 1500-dək uçuş həyata keçirən bu loukoster artıq Gürcüstandan da uçuşlara başlayıb. Qiymətləri ucuz olduğu üçün təyyarədə yemək yalnız ödənişli şəkildə təklif edilir.

“Southwest Airlines” dünyanın ən böyük loukoster aviakompaniyalarından biridir. Daha çox ABŞ ərazisindəki daxili uçuşları həyata keçirir. Meksika və Karib hövzəsi ölkələri də daxil olmaqla beynəlxalq uçuşları da mövcuddur. Gün ərzində 400-ə qədər reys həyata keçirən bu aviakompaniyanın balansında 684 ədəd “Boeing 737” təyyarəsi var.

Macarıstan aviakompaniyası olan “Wizzair” 70-ə yaxın istiqamətə ucuz uçuşlar təklif edir. Bakıdan Budapeştə də bu aviakompaniya ilə ucuz biletlər almaq mümkündür. Aviakompaniyanın donanması “Airbus 320” təyyarələrindən ibarətdir.

Britaniyanın aviakompaniyası olan “EasyJet”  dünyanın 30 ölkəsində 300-dən çox istiqamətə uçuşlar həyata keçirir.  Təyyarələrinin orta yaşı 6-dır.

Loukoster aviakompaniyalar arasında “Pegasus” da var. Türkiyənin havayolu şirkəti olan “Pegasus” donanmasınakı təyyarələrin orta yaşı isə 4,5 ildir.

“Aegenai” Yunanıstanın böyük loukoster aviakompaniyasıdır. Donanmadakı təyyarələrin yaşı 8-dir. Yunanıstana səyahət edənlər üçün ən sərfəli aviakompaniyadır.

İspaniya tərəflərə səyahət edənlər üçün isə ən ucuz aviakompaniya bu ölkənin “Vueling Airlines” şirkətidir. Mərkəzi aereportu Barselonada olan bu aviakompaniyanın Avropanın hər yerinə uçuşları var.

“Norwegian” Şimali Avropa ölkələrinə uçuşlar üçün ən sərfəli havayolu şirkətidir. Avropa və Amerikanın bir çox ştatlarına ucuz uçuşları da mövcuddur.  

 “Flydubai” isə ərəb ölkələrinə uçuşlar zamanı sərfəlidir. Yaxın Şərq, Asiya, Afrika və Avropaya – 95 istiqmətə uçuşları var.

 “Buta Airways” isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana beynəlxalq reyslər yerinə yetirir.  “Buta Airways” aviadaşıyıcısının donanmasına “Embraer E190” təyyarələri daxildir/.modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •