Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

Bakıda qadın küçədə bıçaqlanıb.

Azərmedi.az Trend-ə istinadən xəbər verir ki , hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Cəlilabad rayonunda qeydiyyatda olan, Binqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, 1987-ci il təvəllüdlü Əmiraslanova Sevil Vidadi qızı küçədə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda qadının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •