Uşaq pulu nəyə görə verilməlidir? – Cılızlaşma gedir

Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirələr davam edir.

Azərmedia.az xəbər verir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlu da bu barədə öz fikirlərini bölüşüb.Onun sözlərinə görə, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır:“Nəzərə alsaq ki, ölkəmiz həm də müharibə şəraitindədir, bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, gənclərimiz ərazi bütövlüyümüzü qorumaq üçün məcburi hərbi xidmətə gedirlər, bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır”.

Q.İbadoğlu qeyd edib ki, son tədqiqatlar Azərbaycanda uşaqların həm çəkisində, həm də ki boy artımında norma ilə müqayisədə azalma var: “Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bu baxımdan hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minimum səviyyədə olsa da, uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır. Çünki, sabah hərbi xidmətə gedəcək gənc uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır. Ona görə də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir”.  /BakuPost/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •