Qərbin “Suriya ssenarisi” iflasa uğradı

Qərbin “Suriya ssenarisi” bütünlüklə iflasa uğradı. Prezident Bəşər Əsədi ən pis halda devirmək və həbs etmək, “ən yaxşı” variantda isə Müəmmər Qəzzafi kimi vəhşicəsinə qətlə yetirmək istəkləri puç olub.

Bəşər Əsəd parçalanmış olsa da, ölkənin prezidentidir.

Halbuki…

Suriya və Çin arasında iqtisadi, sosial, maliyyə, texniki və s. sahələrdə əməkdaşlıqla bağlı 74 (!) anlaşma imzalandı. Anlaşmaların ümumi həcmi 672 milyard dollardır.

Dəməşqdə ötən həftə keçirilmiş biznes-iqtisadiyyat və texnologiya sərgisində İran şirkətləri ilə Suriya arasında 112 (!) anlaşma imzalanıb. Anlaşmaların ümumi həcmi 902 milyard dollardır.

Anlaşmaların zamısı Suriyanın sənaye, texniki, bankinq, hasilat, kənd təsərrüfatı və s. infrastrukturlarının tam bərpasını, hətta modernləşdirilməsini nəzərdə tutur.

Rusiya ilə Suriya arasında 153 anlaşma imzalanıb.

Suriyada gələn ayda start götürəcək layihələrin bəzilərinə nəzər salaq:

– Hamada şin və diyircəkli yastıqlar zavodlarının bərpası
– Hələbdə 3 yeni sement zavodunun inşası
– Latakiyada içməli su təminatı sisteminin tam bərpası
– Dəməşqdə 4 yeni un zavodunun inşası
– Hələbdə farmasevtika zavodunun inşası
– Homsda peyvənd fabrikinin inşası
– Daryada və əs Süyevdada beton konstruksiyalar zavodunun inşası

Rusiya, Çin və İran Suriyadakı enerji obyektlərini bərpa və modernləşdirməklə yanaşı, yeni enerji obyektləri tikəcəklər.

Suriyanın bütün neft-qaz yataqlarını sadəcə, bu ölkələrin şirkətləri istismar edəcək.

İraq, Livan və İordaniya ilə nfeft-qaz boru kəmərləri layihələri də həmçinin.

Suriya şelfində təbii qazı Rusiya çıxaracaq. Tartusdandan cənubdakı neft-qaz yataqları, Suriyanın şimalında qaz emalı zavodunun inşası, 4 istilik-elektrik stansiyasının bərpası da Rusiyanın “kökə”sidir.

Suriyanın yol-nəqliyyat infrastruktunun, gəmiçilik sektorunun bərpasını Çin inhisara aldı. Hava və dəniz nəqliyyatı şirkətlərinin bərpası, yenilərinin yaralıması Rusiya, Çin və İran şirkətlərinin əlinə keçdi.

Hama, Homs, Tartus və Dəməşqdə 6 yeni aeroport tikiləcək.

Bu arada ABŞ-ın mövqeyini eyninə almamağa qərar verən – axı yüz milyardlarla dollarlıq gəlir məsələsi var ortada – Dünya Bankı Suriyaya əvvəlcə 21 milyard, sonra da 98 milyar dollarlıq kredit təklif edib.

Bəşər Əsəd bu təklifə rədd cavabı verib./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •