Paşinyan gələn il Qarabağı qaytarır? – ŞOK İDDİA

“Dağlıq Qarabağ münaqişəsinin həll prosesi mürəkkəbləşir, hesab edirəm ki, indiki şəraitdə Ermənistanla danışıqlara ehtiyac yoxdur”.

AzərMedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ermənistan hakimiyyəti kompromisə hazır deyil, digər yandan isə həlledici məqamlarda Rusiya prosesi tormozlayır:

“İkinci, Ermənistan daxilində Paşinyanın reytinqinin düşməsinə adekvat olaraq, “Qarabağ klanı” işğal olunmuş ərazilərə güc toplaması da münaqişənin həllinə mane olur.

Qeyd edim ki, növbəti ildə işğal olunmuş ərazilərdə qondarma seçki keçiriləcək. Hər iki klan bu seçkidə öz adamını “rəhbərliyə” gətirməyə çalışır. Xüsusən də Köçəryan və Sərkisyan üçün Qarabağda mövqelərini saxlamaq onlar üçün həyati məsələdir. “Qarabağ klanı” ciddi-cəhdlə bu qondarma seçkiyə hazırlaşır. Bu “seçki” onlara həm də Ermənistan daxilindəki nüfuzunu gücləndirmək üçün lazımdır. Rusiya da bunda maraqlıdır”.

Məhəmməd Əsədullazadə Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı hərəkətə keçdiyini bildirib:

“Paşinyan bu “seçkidən” öz adamı qalib çıxara bilsə, daha fərqli siyasət ortaya qoya bilər. Bundan sonra Paşinyan Qərbin istəyinə uyğun olaraq, Ermənistan daxilində Rusiya faktorunu zəiflətməyə çalışacaq. Qənaətimə görə, Qarabağdakı separatçı rejim Paşinyanın nəzarətinə keçsə, onun daxildə çəkinəcəyi güc qalmayacaq. Bununla “Qarabağ klanı”nın da mövqeyinə ağır zərbə vura bilər.

Hesab edirəm ki, Paşinyan Qarabağla bağlı müsbət addım atıb ərazilərin dinc yolla qaytarılması ilə bağlı siyasi iradə göstərərsə, Qərbdan ciddi dəstək ala biləcək. Paşinyan gələn il bu ssenarini reallaşdıra bilməsə, hakimiyyəti zəifləyəcək və demək olar ki, cəbhədə Qarabağla bağlı vəziyyət daha da mürəkkəbləşəcək”.  /Teleqraf.com/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •